IQNA

Bəhreyn alimləri `qisas` dedi

11:20 - May 27, 2017
Xəbər sayı: 3481696
Verilən son məlumatlara əsasən, Bəhreyn alimləri ölkədə baş verən böhranlarla bağlı yeni bəyanat yayıb.

Bəhreyn alimləri `qisas` dedi

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) İslamazeri.az-a istinadla xəbər verir ki, Bəhreyn alimləri ölkədə baş verən böhranlarla bağlı yeni bəyanat yayıb. Bəyanatda dinin müdafiəsinə hələ təzə başladıqlarını deyən ruhanilər bildirib: "Vətənin xalqımıza və fədailərinə ehtiyacı var. Şəhid olan yoldaşlarınızın yolunu davam edərək, təkmilləşdirin”.

Bəyanatın davamında Ali-Xəlifə rejiminə səslənən alimlər bildirib: "Hiylələrini işə sal, səylərini et, lakin Allaha and olsun ki, bizi və xatirələrimizi aradan apara bilməzsən. Millətin sizinlə qisas vədəsi var və Allahın izni ilə hesab günü gələcəkdir. ABŞ-ın dəstəyi ilə həyata keçirdiyiniz cinayətlər bizim qüdrətimizi artırdı. Biz dini müdafiə etmək üçün bütün ehtimallara və təhdidlərə hazırıq".

captcha